Belediyye.infonun Binəqədi rayon icra Hakmiyyətinə ünvanladığı sualları Binəqədi rayon icra Hakimiyyəti başçısı Aparatının ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Ramiz Göyüşov cavablandırır. Qeyd edək ki, Ramiz Göyüşov eyni zamanda Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədridir.
Ötən illər ərzində Binəqədi bələdiyyələrinin formalaşmasına qısa bir nəzər salan R.Göyüşov ilk olaraq fikrini sonuncu bələdiyyə seçkilərindən başladı:
-2014-cü ilin dekabrında sayca 4-cü bələdiyyə seçkiləri keçirilmişdi. Seçki Məcəlləsinə əsasən ölkəmizdə yerli özünüidarəni həyata keçirən bələdiyyələrin üzvləri nisbi çoxluq sistemi əsasında çoxmandatlı seçki dairələri üzrə seçilirlər. Bununla əlaqədar olaraq, Binəqədi rayonu üzrə, ümumilikdə 79 bələdiyyə üzvü, o cümlədən Binəqədi bələdiyyəsi üzrə 17, Rəsulzadə bələdiyyəsi üzrə 17, Biləcəri bələdiyyəsi üzrə 15, Binəqədi qəsəbə bələdiyyəsi üzrə 15, Xocəsən bələdiyyəsi üzrə isə 15 üzv seçilmişdir. Ötən bələdiyyə seçkilərində isə əhali sayına uyğun olaraq, ümumilikdə Binəqədi rayonu üzrə 73 bələdiyyə üzvü seçilirdi.
Ölkəmizin hər yerində olduğu kimi, bizim rayonda da sonuncu bələdiyyə seçkiləri daha yüksək seçici fəallığı ilə keçmiş, rayon üzrə 54 min 344 nəfər, yaxud 36,97% seçici səsvermədə iştirak etmişdir. Rayonun 116 seçki məntəqəsinin heç bir yerində qanun pozuntusu qeydə alınmamış və 31 seçki məntəqəsində quraşdırılımış veb-kameralarla isə respublika ərazisində, eləcə də dünya dövlətlərində internet vasitəsilə seçkiləri izləmək mümkün olmuşdur.
Respublikanın hər yerlərində olduğu kimi, Binəqədi rayonunda da YAP-ın namizədləri yüksək say çoxluğu ilə qalib gəlmişdir. Seçkilərdə 79 nəfər YAP üzvü iştirak etmiş (Partiya tərəfindən irəli sürülmüşdür) və onlardan 59 nəfər qalib gələrək üzv seçilmişdir. 5 bələdiyyə üzrə seçilmiş üzvlərin tərkibi aşağıdakı kimidir:
Üzvülərin sayı 79, başqa sözlə 100%, onlardan; qadınların sayı 35, başqa sözlə 44,3%, Gənclərin sayı – 33, başqa sözlə 41,7 %, Ali təhsillilər 79, başqa sözlə 100%, YAP üzvüləri- 59, başqa sözlə 74,7%, Bitərəf -16, başqa sözlə 20,3%, müxalifət – 4, başqa sözlə 5,0%, 35 yaşa qədər olan gənclərin sayı isə - 35 nəfər, başqa sözlə 56,9 % təşkil etmişdir. Həmçinin bələdiyyə sədrlərindən 2-si (5 sədrdən, 2-si) qadın, 2 sədr 30 yaşadək, 2 sədr isə 35 yaşadək təşkil edir. Hər bir bələdiyyənin tərkibində bələdiyyənin icra aparatı yaradılmış və bələdiyyə iclasında daimi komissiyalar seçilərək fəaliyyət göstərir. Hazırda bələdiyyələrdə çalışan bələdiyyə qulluqçularının sayı 186 nəfərdir.
-Bələdiyyələrin son 5 il ərzində fəaliyyətinin qısa təhlil etsək Binəqədi rayonunda formalaşan bələdiyyələrin rayonda tutduğu yeri barədə nə demək olar? Rayon icra hakmiyyəti və bələdiyyələr qarşılıqlı əlaqə və münasibətlərin hansı forma və məzmunda qurulub?
-Rayonda fəaliyyət göstərən bələdiyyələr öz fəaliyyətini Nzamnaməyə(Nizamnamə əsasında hazırlanmış hər şöbənin əsasnaməsi əsasında) uyğun olaraq, perspektiv və cari iş planları əsasında həyata keçirməklə, “Yerli icra Hakimiyyətləri Haqqında” əsasnamənin 5.1.4- cü maddəsinə uyğun olaraq Rayon icra Hakimiyyəti ilə sıx əlaqəli və ərazidə yaşayan vətəndaşların sosial sifarişləri əsasında qurmuşdurlar.
əhali ilə informasiya mübadiləsi müasir standartlara uyğunlaşdırılmış, bələdiyyənin işində şəffaflığın artırılması məqsədilə hər bir bələdiyyə öz “Facebook” səhifəsini aktivləşdirmişdir. Səhifədə bələdiyyə haqqında məlumatlar mütəmadi olaraq yerləşdirilir. Vətəndaşların da internet vasitəsi ilə öz təklif, xahiş və iradlarını bələdiyyənin “Facebook” sosial şəbəkəsində olan səhifəsində yerləşdirə bilmələrinə imkan yaradılmışdır.
Bələdiyyələrdə ilk növbədə nizam-intizam qaydalarına riayət, eyni zamanda vətəndaşların qəbulu və müraciətlərinə baxılması daim diqqət mərkəzində saxlanılır, mütəmadi olaraq tövsiyələr verilir. (Belediyye.info –Tövsiyələrlə müsahibənin sonunda tanış olmaq olar)
Eləcə də təsdiq edilmiş cədvəl üzrə hər ay bələdiyyələrdə, koordinasiya tədbirləri həyata keçirilir. Təsdiq edilmiş qrafik üzrə bələdiyyələr tərəfindən inzibati ərazilərində ayda iki dəfədən az olmayaraq, sakinlərlə yerlərdə səyyar görüşlər keçirilir. Eyni zamanda Rayon icra Hakmiyyətində təşkil olunan məlumat saatlarında bələdiyyə sədr, üzvüləri və eləcə də bələdiyyə qulluqçularının iştirakı məqsədəuyğun hesab edilir.
Bələdiyyələr son 3 il müddətində Rayon icra Hakimiyyəti ilə qarşılıqlı iş birliyi əsasında əsaslı irələlyiş nümayiş etdirmiş, bir sıra silsilə tədbirlər, pilot layihələr müəlifi olmuş, eyni zamanda bələdiyyənin cəmiyyətdə nifuzunun artırılması istiqamətində idealoji və maarifləndirmə işinin təşkilinə nail olmuşdur.
Uzun müddətdir problemli sahə kimi izah olunan məişət tullantılarının daşınması və zərərsizləşdirilməsi işini, Rayon icra Hakmiyyətinin yaxından dəstəyi ilə bələdiyyələr öz üzərinə götürmüş və təşkilinə nail olmuşdur, ərazidə nümunəvi məişət tullantısı meydançaları tikilmiş, mövcud meydançalar təmir edilmiş, ümumilkdə ərazidə 450 ədədi yeni olmaqla 2244 ədəd konteyner yerləşdirilmiş və mütəmadi olaraq da mövcud texnikalara və konteynerlərə texniki baxışın keçirilməsi təmin edilmişdir. Ümumilkdə işin təşkili 41 texnika (xüsusi avtomobil, KamAZ və ZiL markalı avtomaşınlar və digər texnika və.s) vasitəsi ilə həyata keçirilir.
“Bir bələdiyyə-bir layihə çərçivəsində” və eləcədə “Demokratiya həftəsi çərçivəsində” hər bir bələdiyyə ayrı-ayrılıqda, hər il olmaqla layihələr həyata keçirmiş, layihələr çərçivəsində: “açıq qapı günləri”, “poçt qutusu”, “qaynar xətt”, “rəy sorğusu” və sair bu kimi sosial tədbirlərin keçirilməsi təşkil olunmuş, yenliklər göstərmişlər, əhali arasında maarifləndirmə və idealoji işin aparılması təşkil olunmuşdur. Eyni zamanda bələdiyyələr tərəfindən ərazi üzrə təmir-bərpa işləri aparılmış, təmizlik-abadlıq işləri görülmüş, mütəmadi iməciliklər təşkil olunmuş, təqvim üzrə bayram və anım, həmçinin digər humanitar tədbirlərin keçirilməsində yaxından iştirak etmişdirlər.
Bndan əlavə, pilot layihə olaraq ilk dəfə Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələrdə tətbiq olunan BViS (Bələdiyyələrin Vergi informasiya Sistemi) proqramı istifadəyə verilmişdir. Bu yeni elektron xidmət vasitəsi ilə uğurlu nəaliyyətlər əldə olunmuş və sonradan mövcud proqram indi hazırda tətbiq olunan BAMS (Bələdiyyələrin Avtomatlaşdırılmış Məlumat Sistemi) proqramı ilə əvəz edilmişdir. Hazırki elektron xidmət vasitəsi ilə, əsasən 3 istiqamət üzrə aparılır, bunlar: ev təssərrüfatının qeydə alınması, obyektin və torpağın qeydə alınması istiqamətidir.
Binəqədi rayonunun bələdiyyələrində tətbiq olunan daha bir pilot layihə isə müvafiq bələdiyyə ərazisi hüdudları daxilində, ev təsərrüfatlarının və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması işidir ki, bu iş vasitəsilə ev təssərüfatlarının təsərrüfat subyektlərinin (obyektlərinin) dəqiq qeydiyyatının aparılması həyata keçirilir.
Rayonda fəaliyyət göstərən bələdiyyələrin nəzdində 150-yə yaxın Məhəllə komitələri yaradılmış və hər birinin fəaliyyəti aktivdir.
“Bələdiyyə qulluğuna qəbul” haqqında Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hər bir bələdiyyədə komissiya yaradılmış və bələdiyyələrdə işə qəbul hazırda bu komissiya tərəfindən müsabiqə vasitəsi ilə həyata keçirilir.
Rayon icra Hakimyyətinin tövsiyyəsi ilə bələdiyyələrdə yeni yaradılmış ictimai və Humanitar sektorun xidməti daha təqdirəlayiqdir. Sektor Rayon icra Hakimiyyəti ilə koordinasiya şəkilində bir sıra layihələr həyata keçirmiş, təqvim üzrə bayram və anım tədbirləri, əlamətdar gün və hadislərələ bağlı tədbirlərin keçirilməsində həmçinin bələdiyyənin elektron səhifəsində əhalinin maarifləndirlməsi və məlumatlandırlmasında aktivlik göstərmişdirlər.
Son vaxtlar Ölkə prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq bələdiyyələrin qanunvericilik bazasında xeyli dəyişikliklər olmuş, yeni qanunlar və digər normativ sənədlər hazırlanaraq tətbiq edilir ki, bu da öz növbəsində bələdiyyələrin fəaliyyətlərinin yaxşılaşdırılmasına imkan verəcəkdir.
Binəqədi rayonunun bələdiyyələri öz fəaliyyətləri ilə cəmiyyətdə bələdiyyə nüfuzunun artmasına böyük səy göstərmişlər, əvvəllər formalaşmış fəaliyyətsiz bir qurum anlayışını tədiricən ləğv etməyə çalışmışlar və bunada xeyli dərəcədə nail olmuşlar. Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr son 3-4 il müddətində yerli özünü idarəetmə qurumu olaraq istər yerli məsələlərin həllində, istər sosial, istərəsə də digər məslələrin həllində böyük səy göstərmişlər və daim sakinlərin yanında olmaqla, vətəndaş məmnunluğunun təmin edilməsinə çalışırlar.
- Bələdiyyələrin 2015- 2016-cı illərdəki yerli vergilərin yığımı səviyyəsi Sizi qane edirmi?
- «Bələdiyyələrin maliyyəsinin əsasları haqqında», «Yerli (bələdiyyə) vergilər və ödənişlər haqqında», «Bələdiyyələrin statusu haqqında», «Bələdiyyə qulluğu haqqında» Azərbaycan Respublikasının qanunlarına, Azərbaycan Respublikasının digər normativ hüquqi aktların, bələdiyyələrin qərarlarına, Azərbaycan Respublikasının 2003-cü il 17 iyun tarixli, 478-IIQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Bələdiyyələrin vergi xidməti orqanı” haqqında əsasnaməyə uyğun olaraq Sahə nəzarəti vəzifəsi yaradılmış onun vəzifə təlimatı işlənib hazırlanmış və bu əməkdaşlar vasitəsi ilə müvafiq bələdiyyə ərazisi hüdudları daxilində, ev təsərrüfatlarının və təsərrüfat subyektlərinin (obyektlərinin) pasportlaşdırılması, yerli (bələdiyyə) vergilərin və ödənişlərin Azərbaycan Respublikasının Vergi Məcəlləsi və digər qanunları ilə müəyyən edilmiş qaydada hesablanması, vaxtında və tam məbləğdə banklar, poçt rabitəsinin milli operatoru, habelə mövcud nağdsız ödəmə vasitələri ilə yerli büdcələrə ödənilməsi, vətəndaşlardan daxil olan şikayət və müraciətlərin, eyni zamanda onları narahat edən məsələlərin yerində öyrənilməsi və aradan qaldırılmasına nail olunmuşdur.
Sahə vergi müfəttişi - bu qaydalarla müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsinə həvalə edilmiş bələdiyyə qulluqçusudur. Bələdiyyələrdə vergi-uçot, vergi yığımı işi müəyyən edilmiş qaydalarla xidmət göstərsədə işi günün tələbləri səviyyəsində qura bilməmişdirlər. əvvəlki illərə müqayisədə bələdiyyələrdə vergi yıgımı işinin təkmilləşdiriləməsi, kəmiyyət və keyfiyyət göstəricisində xeyli dəyişiklik, irəliləyiş olsada (ötən dövrlə müqayisədə 2011-2012-ci illərdə vergi yığımı 15-20 min manat təşkil etdiyi halda, 2015-2016-cı illərdə isə 45-50 min manat, yəni 2 dəfə çox təşkil etmişdir) bu sahədə bir sıra problemlərdə mövcuddur.
Hazırda müvafiq bələdiyyə ərazilərində fiziki və hüquqi şəxslər tərəfindən çoxlu sayda sənədsiz əmlak var və bu əmlakın mülkiyyət hüququnu təsdiq edən sənədləri yoxdur. Bələdiyyə büdcəsində gəlirlərin əsas hissəsinin fiziki şəxslərdən əmlak vergisi təşkil etdiyini nəzərə alıb bu problemin həlli mühüm əhəmiyyət kəsb edir. Qeyd edək ki bu, problemin mövcudluğu hazırda bələdiyyə ərazisində xeyli vəsaitin itirilməsinə şərait yaradır.
Bələdiyyələrin vergi xidməti orqanlarında peşəkar kadrlar azdır. Bələdiyyələrdə vergi və ödənişlər sahəsində maarifləndirmə tədbirləri aparılmasına ciddi ehtiyac vardır. Vergi və ödənişlərin hesablanmasında, ödənişlərin uçotunun aparılmasında iKT-dən lazımınca istifadə olunmur.
Vergi və ödənişlərin yığılmasında subyektiv amillərin böyük təsiri vardır. Bütün bunlar bələdiyyələrin vergi xidməti orqanlarının fəaliyyətinin təkmilləşdirilməsini zəruri edir.
Təhlillər və müşahidələr göstərir ki, bələdiyyələr müvafiq ərazi vahidi daxilində əmək bazarının formalaşmasında, əhalinin məşğulluğunun artırılmasında işsizliyin azaldılmasında, ərazi Məşğulluq Proqramının icrasında zəif iştirak edir. Belə ki, bələdiyyələrin yaradılmasından ötən 17 il ərzində müvafiq bələdiyyələrin nəzdində istehsal və xidmət müəssisələri yaradılmamış və nəticədə bələdiyyə ərazisində əmək qabiliyyətli iş axtaran əhalinin məşğulluğa cəlb edilməsində, həmçinin bələdiyyə mülkiyyətinin yaradılmasında və bələdiyyələrin maddi-texniki bazasının möhkəmləndirilməsinə öz mənfi təsirin göstərmişdir.
Son olaraq bir məsələni də qeyd etmək yerinə düşərdi ki, son vaxtlar Ölkə prezidentinin tapşırıq və tövsiyyələrinə uyğun olaraq bələdiyyələrin qanunvericilik bazasında xeyli dəyişikliklər olmuş, yeni qanunlar və digər normativ sənədlər hazırlanaraq tətbiq edilir ki, bu da öz növbəsində bələdiyyələrin fəaliyyətlərinin yaxşılaşdırılmasına imkan verəcəkdir.
Respublikanın bir çox yerində olduğu kimi Binəqədi rayonunun bələdiyyələri də öz fəaliyyətləri ilə cəmiyyətdə bələdiyyə nifuzunun artmasına böyük səy göstərmişlər, əvvəllər formalaşmış fəaliyyətsiz bir qurum anlayışını tədiricən ləğv etməyə çalışmışlar və bunada xeyli dərəcədə nail olmuşlar. Binəqədi rayonunda fəaliyyət göstərən bələdiyyələr son 3-4 il müddətində yerli özünü idarəetmə qurumu olaraq istər yerli məsələlərin həllində, istər sosial, istərəsə də digər məsələlərin həllində böyük səy göstərmişlər və daim sakinlərin yanında olmaqla, vətəndaş məmnunluğunun təmin edilməsinə çalışırlar.
Belediyye.info
*****
P.S. Binəqədi rayon icra Hakmiyyətinin bələdiyyələrə tövsiyələri:
Binəqədi rayon icra Hakmiyyəti yerliözünüidarəetmə orqanlarının rastlaşdığı problemlərin aradan qaldırılması məqsədilə bələdiyyələtə aşağıdakı istiqamətlərdə tövsiyələr verilmiş və problemlərin həlli ilə əlaqədar dəstək göstərilmişdir:
- bələdiyyənin nüfuzunun artırılması, onların fəaliyyətində şəffaflığın təmin edilməsi:
- bələdiyyənin rəhbərləri tərəfindən ayrı-ayrı QHT-lərin,ictimai birliklərin, cəmiyyətlərin rayon təşkilatlarının rəhbərləri və üzvləri ilə görüşlərin keçirilməsi;
- Vətəndaşların müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr:
-Bələdiyyə qulluqçularının və kommunal xidmət təşkilatlarının yerli sahə nümayəndələrinin iştirakı ilə mütəmadi olaraq səyyar görüşlərinin təşkil edilməsi;
- Bələdiyyə qulluqçuları tərəfindən vətəndaşların daim qəbulu işlərinin təşkil edilməsi;
Vətəndaş müraciətlərinin effektiv araşdırılması, onların qanunauyğun olaraq cavablandırılmasına diqqət yetirilməsi;
Sənədlərin icrasına və icra müddətinə nəzarətin gücləndirilməsi, ərizə və şikayətlərin elektron qaydada qəbulu və cavablandırılmasına keçirilməsinin təmin edilməsi;
- insan resurslarının idarə edilməsi ilə əlaqədar tövsiyələr - Bələdiyyələrin fəaliyyət strategiyasına uyğun olaraq, işçi heyətinə tələbatın müəyyənləşdirilməsi və bu sahədə mütəxəssislər hazırlanması, ali və orta ixtisas təhsil müəssisələri ilə əməkdaşlığın qurulması;
- Bələdiyyə qulluqçusunun fəaliyyətinin qiymətləndirilməsi və motivləşdirilməsi (mükafatlandırılması) sisteminin yaradılması, daxili, bələdiyyədaxili sosial siyasətin aparılması;
- Bələdiyyə qulluqçularının peşə hazırlığında onların ixtisaslarının artırılması, qabaqcıl təcrübənin öyrənilməsinin daim diqqətdə saxlanılması, bələdiyyə qulluqçuları üçün mərkəzi icra hakimiyyəti orqanlarının tədris mərkəzlərində tədris kurslarının təşkili;
- Bələdiyyə inzibatçılığının təkmilləşdirilməsi ilə əlaqədar tövsiyələr
“Bələdiyyə qulluqçularının etik davranış qaydaları” mövzusunda təlimlərin keçirilməsi;
Bələdiyyə qulluqçuların etik davranış qaydalarının pozulması və korrupsiya ilə bağlı bələdiyyələrə daxil olmuş müraciətlərin ciddi araşdırılması və müvafiq tədbirlərin görülməs;
Bələdiyyələrin fəaliyyətində iKT-nın tətbiqi işinə başlanması və daim genişləndirilməsi,
Bələdiyyə ərazisində:
- ictimai-siyasi vəziyyətin öyrənilməsi və daim diqqət mərkəzində saxlanılması;
- Bələdiyyə ərazisində yerləşən idarə, müəssisə və təşkilatlarla qarşılıqlı fəaliyyəti təmin etmək, qəsəbə ərazisinin idarə olunmasında bələdiyyə inzibatçılılığını təkmilləşdirmək;
- Vətəndaş məmnunluğunun təmin olunması sahəsində müntəzəm olaraq davamlı tədbirlərin həyata keçirilməsi;
ictimai asayişin qorunması və əhalinin təhlükəsizliyinin təmin olunmasında öz səlahiyyətləri çərçivəsində iştirak etmək.
- Hüquqi məsələlərlə əlaqədar tövsiyələr:
Bələdiyyə qanunvericiliyi, bələdiyyənin hüquq və vəzifələri barədə vətəndaşlarla müntəzəm olaraq maarifləndirmə işlərinin aparılması;
Bələdiyyə qulluqçuları arasında hüquqi biliklərin artırılmasının təşkili;
Məhkəmə mübahisəsi yaradan problemlərin müəyyənləşdirilərək qabaqlayıcı tədbirlərin görülməsi.
- Bələdiyyələrin mülkiyyətinin idarə olunmasının yaxşılaşdırılması ilə əlaqədar tövsiyələr:
Bələdiyyə ərazisində hüquqi və fiziki şəxslərin mülkiyyətində, icarəsində və istifadəsində olan torpaqların təyinatı üzrə istifadə vəziyyətinin inventarizasiyasının aparılması, qanunsuzluqlar aşkar edildiyi hallarda qanunla müəyyən edilmiş tədbirlərin görülməsi;
Bələdiyyə ərazisindəki zəbt edilmiş, özbaşına tutulmuş torpaqların müəyyənləşdirilərək bələdiyyənin ehtiyat fonduna daxil edilməsi və onların bələdiyyənin məqsədləri üçün istifadə edilməsi;
Uzun müddət torpaq vergisinin ödənişindən və icarə haqqından yayınan torpaq istifadəçilərinin istifadəsindəki torpaqların geri alınaraq bələdiyyənin ehtiyat fondu torpaqlarına daxil edilməsi üçün tədbirlərin görülməsi;
Bələdiyyələrin mülkiyyətini inkişaf etdirmək məqsədilə öz daxili imkanlarından, bank kreditlərindən, sahibkarlığa kömək fondunun kreditlərindən istifadə etməklə “Bələdiyyə servis”ləri yaratmaq və həmin servislərin tərkibində aşağıdakı xidmət, ticarət və və istehsal sahələrinin təşkilinə nail olmaq.
- Bələdiyyə ərazilərində qəsəbə təsərrüfatının inkişaf etdirilməsi ilə əlaqədar tövsiyələr
Bələdiyyənin daşınan əmlakı barədə məlumatların toplanması;
Bələdiyyənin tabeliyindəki yollar barədə məlumatların toplanması
Bələdiyyənin balansında olan yolların vəziyyətini yaxşılaşdırmaq məqsədilə həmin yollardan istifadə edən hüquqi və fiziki şəxslərin payçı kimi iştirakını təmin etmək və payçılıq qaydasında bələdiyyə yollarının yaxşılaşdırılmasına nail olunması;
Çoxmənzilli binalarda idarəedici təşkilat kimi çıxış etmək imkanlarını araşdırmaq;
- Bələdiyyələrin büdcəsinin tərtibi, vergi və rüsumların yığılması sahəsində tövsiyələr:
- Bu gün bələdiyyələrin böyük əksəriyyəti maliyyə çətinlikləri ilə üzləşmişdir.Onlarin böyük məbləğdə vergiyə, DSMF-yə və digər məcburi ödənişlər üzrə borclar vardır. Bələdiyyələrin maliyyə vəziyyətlərinin sağlamlaşdırılması üçün təklif olunur ki həmin borcara aministiya tətbiq edilsin.
Vergi ödəyicilərinin maarifləndirilməsi işinə ciddi diqqət yetirmək, maarifləndirmənin bütün üsullarından istifadə etmək.
Bu məqsədlə:
- maarifləndirici müraciətlər, bukletlər hazırlayaraq hər bir ödəyiciyə paylamaq;
- ödəyicilərlə görüşlər keçirmək;
- Ödəyicilərin mobil telefon bazasını toplamaq və SMS mətni hazırlayaraq, vergiləri ödəməyən tədiyyəçilərə xatırlatma ismarıcları göndərmək;
- Vergiləri ödəməkdən yayınan ödəyicilərə qarşı məhkəmədə iddialar qaldırmaq;
- ən intizamlı vergi ödəyicisi müsabiqəsi keçirmək və bu prosesi KiV-də işıqlandırmaq;
Digər maarifləndirici, təbliğati tədbirlər işləyib hazırlamaq;
Bələdiyyə ödəyiciləri tərəfindən yerli (bələdiyyə) vergi və ödənişlər haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə əməl olunmasına, vergilərin düzgün hesablanmasını, tam və vaxtında ödənilməsini təmin etmək;
Bələdiyyə ödəyicilərinin vergidən yayınması və bu sahədə qanunvericiliyin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda faktları araşdırmaq və nəticələri barədə müraciət edən şəxslərə məlumat verilməsinin təmin edilməsi;
Qanunla müəyyən edilmiş müddətlərdə bələdiyyə ödəyiciləri tərəfindən ödənilməmiş vergi və ödənişlərin bələdiyyə büdcəsinə ödənilməsi üçün müvafiq tədbirlər görmək.